Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-800-1000-1200-1300-1500 manat - 30 VAKANSİYA
"Veysəloğlu" Şirkətlər Qrupu işçi axtarır - VAKANSİYA
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"AZ International Import Company" işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"NN Business Group" işçi axtarır - MAAŞ 1000-1500 MANAT - VAKANSİYA
"Meqa Həyat Sığorta" işçi axtarır - VAKANSİYA
"Muğanbank" işçi axtarır - VAKANSİYA
"Unibank" işçi axtarır - VAKANSİYA
"Azerlotereya" işçilər axtarır - VAKANSİYALAR
Azerbaijan Energy Regulatory Agency
Daxili audit və nəzarət şöbəsində Baş Mütəxəssis
Son tarix 11 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqaməti üzrə illik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
- Risk reyestrinə əsaslanmış audit yoxlaması zamanı aşkar edilən məsələləri müzakirə edir və müvafiq qaydada həll yolları təklif edir;
- İllik audit planında audit olunmalı fəaliyyətlərin müəyyən olunmuş vaxt çərçivəsində yoxlamasını həyata keçirir və aşkarlanmış nöqsanların müvafiq meyarlara əsaslanaraq dərəcəsini təyin edir;
- Yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirir;
- Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;
- Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Ali təhsil (audit, hüquq və ya iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 4 il iş stajı;
- “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
- Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
- Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı;
- Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsi – Baş Mütəxəssis) qeyd edin. Vakansiya üzrə müraciətin son müddəti: 10 iyun 2023-cü il.
Qaz Müfəttişi (Regionlar üzrə)
Son tarix 18 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
- Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
- Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
- Layihə sənədlərinin ekspertizasını keçirir;
- Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
- Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
- İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
- Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz fəaliyyəti barədə Filial rəisinə hesabat verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
- Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Rus dilini bilməsi arzu olunandır;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 9 iyun 2023-cü il
- İş yeri: Mingəçevir şəhəri – 1 vakansiya,
Lənkəran şəhəri – 1 vakansiya,
Kürdəmir şəhəri – 1 vakansiya,
Şəki şəhəri – 1 vakansiya,
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Qaz müfəttişi) qeyd edin.
Baş mühasib
Son tarix 12 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
- Agentlikdə mühasibat uçotunun və hesabatlığın təşkili, illik xərc smetasının, maliyyə hesabatlarının MHBS-na uyğun hazırlanması prosesinə rəhbərlik edir;
- Şöbənin əməkdaşları arasında vəzifə və iş bölgüsü aparır;
- Şöbə əməkdaşlarına verilən tapşırıqların uğurlu icrası üçün lazımi şəraiti yaradır;
- Şöbə əməkdaşları tərəfindən vəzifələrinin icrasına nəzarət edir;
- Şöbə daxilində işçi qrupları yaradır;
- Şöbənin əməkdaşları üçün məcburi olan göstərişlər verir;
- Rəhbərliyin tapşırığına əsasən hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifə və hüquqları həyata keçirir.
Tələblər:
- Ali iqtisadi təhsil və baş mühasib (baş maliyyə inzibatçısı) vəzifəsində ən azı 3 illik iş stajı;
- Peşəkar mühasib sertifikatı;
- MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);
- Mühasibat uçotu və MHBS üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır;
- İdarəetmə və komandada işləmə bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Baş mühasib) qeyd etməniz tələb olunur.
Vakansiya üzrə müraciətin son tarix: 11 iyun 2023-cü il.