FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Mühasib vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə və Öhdəliklər:
• Sığorta əməliyyatları və inzibati xərclər üzrə ödənişlərin icrasına nəzarət;
• Ödəniş prosesinin inkişafına dair yeni təkliflərin verilməsi, yeni nəzarət mexanizmlərin qurulması;
• Şirkətin tərəfdaşları ilə mütəmadi üzləşmələrin aparılması, uyğunsuzluqların araşdırılması;
• Avans hesabatlarına və ezamiyyətlərə, təhtəlhesab şəxslər ilə hesablaşmalara nəzarət;
• Ödənişlərlə bağlı sorğuların vaxtında cavablandırılması, ödənişlərdə gecikmələrin / sual / çətinliklərin araşdırılaraq həll edilməsi;
• Ayın bağlanması ilə bağlı əməliyyatlar;
• Mühasibat uçotuna aid olan sənədlərin bütövlüyünün və tamlığının qorunması, sənədlərin arxiv üçün hazırlanması;
• Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
• Maliyyə istiqamətində və ya digər texniki sahədə ali təhsil;
• Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;
• Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi (xüsusi ilə Excel) üzrə yaxşı bilik və bacarıqlar;
• Dil bilikləri - Azərbaycan dilinin mükəmməl, ingilis və rus dilinin işlək səviyyədə olması;
• Stressə davamlı, komandada işləmək bacarığı.
Son müraciət tarixi: 15 sentyabr 2020-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin