FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Sabirabad, Salyan filialında Satış bölməsinin kiçik mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Bank Respublika” işçi axtarır - VAKANSİYA
Öhdəliklər
• Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
• Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
• Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
• Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
• Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
Tələblər
• Ali iqtisadi və ya riyazi təhsil
• Analitik düşüncə
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.