FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Korporativ satışlar Departamentində KOS (SME) məhsullarının yaradılması üzrə Baş Expert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: "TBC Kredit" BOKT işçi axtarır - VAKANSİYA
Öhdəliklər:
• SME məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək;
• Mövcud və yeni məhsulların filiallara təqdim edilməsi üçün təlim materialların, broşurların, təlimatların hazırlanılması;
• Müştərilərin sahibkarlıq fəaliyyəti üzrə innovativ servislərin yaradılması;
• Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə SME satış komandası və filiallarla daimi əlaqədə olmaq;
• Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
• SME məhsulları sahəsində biliklərin daimi inkişafı;
Tələblər:
• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil;
• Yüksək ünsiyyətqurma bacarıqları;
• SME məhsulların və xidmətlərin yaradılmasında ən azı 2 illik iş təcrübəsi;
• SME məhsullarının satışı üzrə iş təcrübəsi arzuolunandır;
• Maliyyə uçotu üzrə biliklər arzuolunandır;
• Vergi qanunvericiliyi üzrə biliklər arzuolunandır;
• Analitik düşünmə və riyazı təhlil qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi – arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “KOS (SME) məhsullarının yaradılması üzrə Baş Expert” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.