Banner

Vakansiyalar

"PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA

"PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA | FED.az
19:51 7 İyul 2020

“PAŞA Sığorta” ASC namizədləri İstedadların cəlb edilməsi üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA

Vəzifə və Öhdəliklər:

• Digər departamentlər tərəfindən keçilən tələblərə əsasən axtarışa başlamaq;
• İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq, Şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkələrdə yerləşdirmək;
• Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini həyata keçirmək;
• Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
• İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarını aparmaq;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• İşəqəbul imtahanlarını həyata keçirmək;
• İmtahanlarla bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesini idarə etmək;
• İşəqəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılmasını təmin etmək;
• Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirilməsi

Bilik və bacarıqlar:

• İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
• Azərbaycan, ingilis və ya rus dillərini yaxşı səviyyədə bilməsi arzuolunandır;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Son müraciət tarixi: 30 iyul, 2020-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Digər xəbərlər

Banner