FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Korporativ Satışlar Departamentinin Kiçik və Orta Sahibkarlarla İş Şöbəsində Müştəri Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA
Öhdəliklər:
• SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
• Ali iqtisadi təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
CV-lərinizi, mövzu hissəsində “ Kiçik və orta sahibkarlara satış şöbəsinin təcrübəçi/kiçik mütəxəssisi (Xaçmaz)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.