FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Vergi üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Vəzifə və Öhdəliklər:
• AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin edir;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləyir, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirir;
• Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparır;
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edir və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin edir;
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin edir;
• Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparır;
• Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak edir;
• Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qoruyur;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.
Bilik və göstəricilər:
• Maliyyə, mühasibat uçotu və ya iqtisadi ali təhsil;
• Dövlət qurumlarına aid proqram təminatı ilə sərbəst işləmək bacarığı;
• Mühasibat uçotunun qanunverici bazasını, Vergi, Əmək, Mülki Məcəlləsi üzrə biliklər;
Təcrübə
• Maliyyə sahəsində vergi mühasibi kimi 2 il iş təcrübəsi;
Bacarıqlar
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MUP və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
• Dəqiqlik, diqqətlilik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, problemli vəziyyətləri həll etmək qabiliyyəti və komandada işləmək bacarığı;
• Tez qavrama və öz üzərində işləmək qabiliyyəti;
Son müraciət tarixi: 15 iyul, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.