Banner

Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA | FED.az
18:52 4 İyul 2020

FED.az xəbər verir ki, Beynəlxalq Bank Kiçik və orta sahibkarlarla iş departamentinin Biznes kreditlərin təhlili şöbəsinə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis (Loan Underwriter) vakansiyaları elan edir.

Eləcə də bax: "TuranBank" işçi axtarır - VAKANSİYA

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

 Kiçik və Orta sahibkarlıq subyektlərinin kredit və qarantiya sifarişlərinin təhlili və qiymətələndirilməsi, rəyin formalaşdırılması və Kredit Komitəsinin müzakirəsinə təqdim edilməsi;
 Kiçik və Orta sahibkarlıq seqmenti üzrə kredit portfelinin keyfiyyətinin təhlili və nəzarət;
 Kiçik və Orta Sahibkarlıq subyektlərini üçün nəzərdə tutulmuş cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsi;
 Müraciətlərin Kredit komitələrində təqdim olunması;
 Filial əməkdaşları ilə kommunikasiyanın qurulması;
 Gecikmələrlə işin qurulması.

Bizim üçün ideal namizəd:

 Ali iqtisadi təhsili olan;
 Maliyyə təhlili, monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı bilikləri olan;
 Sahə üzrə minimum 1-3 il iş təcrübəs olani;
 Analitik düşüncə və ünsiyyətqurma qabiliyyəti olan şəxsdir.
 İngilis və rus dilləri biliyi arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Biznes kreditlərin təhlili üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis ( Loan Underwriter ) göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Digər xəbərlər

Banner