FED.az xəbər verir ki, "Azərsun Holdinq" İnsan Resursları üzrə İcraçı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumatlar:
• Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
• AR Əmək Məcəlləsindən məlumatlı olmalı;
• Ezamiyyətlərə gedə bilməli;
• Təzyiqaltında çalışa bilməli;
• Eyni vaxtda bir neçə işə fokuslana bilməli
• MS Office proqramlarını, xüsusən Excel və Word yaxşı səviyyədə bilməli.
İş haqqında məlumat:
• Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
• İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
• Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması;
İş şərtləri:
İş qrafiki: həftə içi 5 gün
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“IR üzrə icraçı mütəxəssis ” başlığı ilə) göndərə bilərlər.