FED.az xəbər verir ki, "Azərsun Holdinq" Məhsul inkişaf etdirmə üzrə mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Ali təhsili Kimya və ya Qida mühəndisliyi sahəsində olmalı;
- Laboratoriya analiz metodlarını bilməli;
- Ofis proqramlarını (MS Word, MS Excel) bilməli;
- İngilis və Rus dillərini bilməli;
- Səyahətlərlə bağlı məhdudiyyətləri olmamalı;
- Məsul olduğu məhsulu inkişaf etdirmə fəaliyyətləri ilə bağlı Azərbaycan və dünya standartlarını bilməli;
- Qida kimyası, qida mikrobiyologiyası və qida analizləri ilə bağlı məlumata sahib olmalı;
- Qida-istehsalat mərhələləri ilə bağlı məlumata sahib olmalı;
- Qida istehsalat maşınları ilə bağlı məlumata sahib olmalı;
- İşçi sağlamlığı, iş və iş təhlükəsizliyi qaydalarını bilməli;
- Qida istehsalında xam maddə və qatqı maddələrinin xüsusiyyətləri və qida istehsalındakı funksiyaları ilə bağlı məlumata sahib olmalıdır.
İş haqqında məlumat:
- Məhsulun resepturasını hazırlayaraq xərc təhlilini aparmaq;
- Mövcud məhsullarda xammal və qatqı dəyişikliklərini etmək;
- Xammal və qatqı maddələri üzrə araşdırma etmək;
- Dövri hesabatların hazırlanması.
- Sınaq istehsallarının planlanması.
İş yeri:
Bakı Qida və Yağ fabriki.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Məhsul inkişaf etdirmə üzrə mütəxəssisi” başlığı ilə) göndərə bilərlər.