FED.az xəbər verir ki, "PAŞA Bank" Kreditlərin Monitorinqi şöbəsinə Kiçik Mütəxəssis olaraq qoşulmaq yeni universitet məzunlarının axtarışını elan edir.
Eləcə də bax: "AccessBank" işçi axtarır - VAKANSİYA
Vəzifənin məqsədi
Müştəri kreditlərinin kompleks şəkildə vaxtaşırı monitorinqinin vaxtında və keyfiyyətlə aparılmasına, kredit risklərinin azaldılması məqsədilə siqnalların erkən aşkarlanmasına cavabdehdir.
Vəzifə Öhdəlikləri
• Monitorinq keyfiyyətinə nail olmaq (müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi, maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması, bankın rəhbərliyi və digər şöbələrə çatdırılması və s.)
• Monitorinq kəmiyyətinə nail olmaq
• Müştərilərin kredit müqaviləsinin şərtlərinə əməl etmə səviyyələrinə nəzarət etmək
• Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması
• “Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi
• Kredit risklərinin azaldılması məqsədilə əsas makro və sənaye faktorlarının təsirini müəyyən etmək
• EXS əsasında hazırlanmış təbdirlər planının yerinə yetirilməsinə nəzarət (stabil müştəriləri müəyyən etmək, gələcək gecikmənin azaldılması)
• Risk məsələləri ilə bağlı digər komandalara dəstəyin verilməsi
Tələb edilən bilik, bacarıq və təcrübə
• Təhsil: UniversitetdəMaliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
• İş təcrübəsi:Tələb olunmur
• Xarici dil: İngilis dili (səlis)ç Rus dili (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office
• Digər: Komandada işləmək və güclü ünsiyyət bacarıqları və özünü inkişafı təbliğ etmək bacarığı.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına emailin mövzu hissəsində “Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.