Banner
Banner

Vakansiyalar

"AccessBank" işçi axtarır - VAKANSİYA

"AccessBank" işçi axtarır - VAKANSİYA | FED.az
19:55 11 Sen 2020

FED.az xəbər verir ki, "AccessBank" Aparıcı/ Baş Daxili Auditor vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA

Öhdəliklər:

• Daxili Audit Departamentinin fəaliyyətinin təşkil edilməsində və idarə olunmasında Departament rəhbərinə kömək edir;
• Audit rəylərinin prosesə, mövcud vəziyyətə və risklərə tam surətdə əsaslanmasını təmin edir;
• Audit rəylərinin düzgün qaydada sənədləşdirilməsini təmin edən dəlilləri əldə edərək nəzərdən keçirir;
• Departamentdə müəyyən olunmuş standartlara və peşə standartlarına hər zaman riayət olunmasını təmin edir;
• Mühasibatlıq, Maliyə Hesabatlılığı, Risk İdarəçiliyi və Korporativ İdarəetmə istiqamətlərində, biznesə dəstək və idarəetmə sahələrində audit təyinatlarına nəzarət edir;
• Yüksək keyfiyyətə, dəqiqliyə və effektiv nəticələrə nail olmaq şərti ilə, qoyulmuş vəzifələri ydın və anlaşılan şəkildə əməliyyat heyətinə həvalə edir.

Tələblər:

• Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir);
• Daxili audit, maliyyə hesabatlılığı, büdcə nəzarəti, bank sahəsində risk idarəçiliyi və ya kənar audit sahələrində ən azı 3 illik iş təcrübəsi;
• Güclü təşkilatçılıq və nəzarət vərdişləri, o cümlədən rəqabətli prioritetlər qoymaq, vaxt məhdudiyyətlərinə və öhdəliklərə riayət etmək bacarığı;
• Kiçik heyətə rəhbərlik etmək və uğurlu nəticələri təmin etmək bacarığı;
• Daxili Auditorlar Təşkilatının Etik Məcəlləsini, Beynəlxalq Peşəkar Təcrübə
Şərtlərini yaxşı bilmək və başa düşmək;
• Audit standartlarını təcrübədə tətbiq etmək bacarığı.
• Bankın maliyyə hesabatlılığı prosesini yaxşı başa düşmək;
• Risk idarəçiliyi və daxili nəzarət konsepsiyalarını aydın başa düşmək və tətbiq etməyi bacarmaq;
• Mükəmməl şifahi və yazılı ünsiyyət vərdişləri;
• Mükəmməl dinləmə vərdişləri və məntiqi çatışmazlıqları müəyyən etmək bacarığı;
• Mükəmməl Azərbaycan, rus və ingilis dili biliyi;
• Beynəlxalq Maliyyə Hesabatları Standartlarını (IFRS) və Beynəlxalq Audit Standartlarını (ISA), yerli mühasibat standartlarını bilmək;
• Yerli bankçılıq reqlamentlərini, eləcə də müvafiq vergi qanunlarını bilmək üstünlük hesab olunur.

Maraqlanan şəxslər öz CV formalarını 30 Sentyabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq [email protected] elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?