FED.az xəbər verir ki, "PAŞA Bank" Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis TMS, AML System vakansiyasını elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Vəzifənin məqsədi:
Bank sənayesi ilə əlaqəli biznes tədbiqlərinin idarə edilməsinə cavabdehdir (Treasure Management System, Anti money-Laundering System).
Vəzifə Öhdəliyi:
- Biznes tədbiqi ilə bağlı layihələrin hazırlanma dövrünün bütün mərhələlərini idarə etmək, ilkin biznes tələblərini toplamaq, təklif və qiymətləndirmə hissələri ilə bağlı sorğular hazırlamaq.
- Korporativ standartlara və ITIL təcrübəsinə uyğun mövcud informasiya sistemlərini və vasitələrini idarə etmək.
- Dəyişikliyin idarə edilməsinə uyğunlaşmaq.
- Proqram vasitələrinin və məhsullarının paylanmasının düzgün sənədləşdirilməsini və saxlanılmasını təmin etmək.
- Müqavilənin məzmunu, SLA( xidmət səviyyəsinin müqaviləsi), infrastruktur, lisenziya tələbləri ilə bağlı vendorlar və üçüncü şəxslərlə danışıqlar aparmaq.
- Mövcud biznes tələblərini hazırlamaq və qiymətləndirmək üçün biznes müştərilərinə köməklik göstərmək.
- Son istifadəçilər üçün koçluq etmək və təlimlər vermək.
- İş tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün birbaşa menecerlərin və departament müdirlərinin yazılı və şifahi təlimatlarını icra etmək.
- Şirkətin məlumatlarının məxfiliyinin qorunmasına məsul olmaq.
- Məsul olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələb edilən bilik, bacarıq və təcrübə:
• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: : Linux, MS Server, Pl-SQL, T-SQL;
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı);
• Kompüter bilikləri: MS Office, SQL-scripting, Linux əsasları, MS Server əsasları, MS SQL Server əsasları;
• Məhsul biliyi: Banking SW, Finance SW;
• Bazar biliyi: Bankçılıq təcrübəsi;
• Digər: Biznes prosesinin idarə edilməsi bacarıqları.
Kandidatların kompetensiya, potensial və bacarıqlarına əsasən müəyyən vəzifəyə baxılmaları nəzərdən keçirilmələri dəyişə bilər.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 28.09.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis TMS, AML System” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.