FED.az xəbər verir ki, "PAŞA Bank" İT və təhlükəsizlik sistemlərinin monitorinqi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "AGA Group" işçi axtarır - VAKANSİYA
Vəzifənin məqsədi:
İstifadəçilərə, proqramlara, şəbəkələrə, sistemlərə və fiziki aktivlərə girişə nəzarət etmək(qarşısını alma/aşkarlama,elektron ünvan/spam, veb filtr).
Vəzifə Öhdəliyi:
- Təhlükəsizlik risklərini və təhlükələri aşkarlamaq üçün təhlükəsizlik hallarının analizi və monitorinqin aparılması məqsədilə müxtəlif təhlükəsizlik və digər monitorinq vasitələrindən istifadə etmək.
- Mövcud insidentləri aşkarlamaq
- Son istifadəçilər tərəfindən elektron ünvan və elektron sorğu vasitəsilə qaldırılan məsələləri nəzərdən keçirmək
- Daxil olan məsələlərin ilkin mərhələdə çeşidlənməsini icra etmək(hadisələrin vacibliyinin ilkin qiymətləndirilməsi, risk və zərərin müəyyən olunması məqsədilə insidentin ilkin müəyyən olunması, təhlükəsizlik və yaxud məxfi məlumat üzrə sorğunun aidiyyatı qaydada yönləndirilməsi).
- Həyacan siqnallarının monitorinqini icra etmək.
- Yüksək dərəcəli insidentlər üçün L2-ni məlumatlandırmaq.
- L2-ə insidentləri qaldırmaq
- İnsidentlərin həllində(hətta onlar haqqında məlumat verildikdən sonra) mühüm rol oynamaq(məlumat toplama)
- İnsident idarəedilməsi prosesini dəstəkləmək üçün digər qruplarla sıx əməkdaşlıq etmək
- Təyin edilmiş elektron sorğu ilə çalışmaq
- TƏM-nə səhvlərlə bağlı məlumat vermək
- Cari təhlükə və zəifliklərdən, xüsusilə daxili sistəmə təsir edə bilənlər haqqında məlumatlı olmaq
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələb edilən bilik, bacarıq və təcrübə
• Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və ya digər əlaqəli sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: İT Əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+;
• Xarici dil: İngilis dili (orta), Rus dili(orta);
• Kompüter bilikləri: Ümumi kibertəhlükəsizlik anlayışı; desktop OS və server OS bilikləri; şəbəkə protokolları(i.e. TCP/IP); təhlükəsizlik və zəifliklər haqqında ümumi bilik; Active Directory, LDAP, DNS, VPN və DHCP; firewall, Anti-Malware, HIDS haqqında bilik ;
• Məhsul biliyi: N/A;
• Bazar biliyi: N/A;
• Digər: Güclü analitik və problem həll etmə bacarığı, təzyiqə davamlılıq, komandada və çoxlu tapşırıqlarla işləmək bacarığı, cari insidentə cavab siyasəti haqqında məlumatlılıq
Maraqlanan namizədlər 08 Iyun 2020 tarixinədək [email protected] ünvanına "İT və təhlükəsizlik sistemlərinin monitorinqi üzrə mütəxəssis" başlığı ilə CVlərini göndərmək tələb olunur