FED.az xəbər verir ki, "AGA Group" Satış meneceri vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Caspian Business Consultants" işçi axtarır - VAKANSİYA
Vəzifələr:
▪ Şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni müştərilərin araşdırılıb tapılmasını, onlar üçün kommersiya təkliflərinin hazırlanması və müştərilərin cəlb edilməsini həyata keçirir;
▪ Əməkdaşlıq edilən, eləcə də əməkdaşlığa yeni cəlb edilmiş müştərilər haqqında (rekvizitləri, fəaliyyət sahəsi, əlaqə vasitələri, maddi-məsul şəxsləri barədə məlumatlar daxil olmaqla) məlumat bazasını yaradır;
▪ Daxil olan zəglərə və e-maillərə korporativ qaydada cavab verir;
▪ Müştərilərdən daxil olan müraciət və şikayətlərə operativ reaksiya verir, həmçinin Texniki-Təmir və Təmizlik şöbələri ilə müştəriləri əlaqələndirir və nəticələri təqib edir;
▪ Müştərilərlə əməkdaşlıq müqavilələrin bağlanması və müddətlərinin izlənilməsini həyata keçirir;
▪ Cari işlərin - aylıq müştəriyə çatacaq müxtəlif növ hesab-fakturaların mühasibatlıqdan təhvil alınaraq paylanılmasını həyata keçirir və həmin hesab-faktura ilə bağlı yaranmış problemlərlə bağlı mühasibatlığa məlumat verir;
▪ Aylıq olaraq müəyyən olunan mədaxil planına uyğun ödənişlərin yığımını təmin etmək;
▪ Şirkətlər tərəfindən binaya gətirilən və çıxarılan malların daşınması icazəsi ilə bağlı inzibatçıya məlumat verir;
Tələblər:
▪ Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür);
▪ İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il;
▪ Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür;
▪ Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
▪ Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi;
▪ Komandada işləmək bacarığı;
İş yeri: Caspian Plaza
Tələblərə uyğun namizədlər [email protected] ünvanına daxil olaraq müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.