FED.az xəbər verir ki, "OBA" market maddi vəsaitlər bölməsinin müdiri vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Premium Transport" işçi axtarır - VAKANSİYA
İş yeri: OBA Marketlər şəbəkəsi (baş ofis)
Bölmə: Maddi Vəsaitlər
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil
• Dil bilikləri: Rus dili, İngilis dili
• Kompüter bilikləri: MS Office
• Yaş: 28-35;
• Müvafiq sahədə 2-3 il iş təcrübəsi (material və ya əsas vəsaitlər üzrə mühasib)
Vəzifə öhdəlikləri:
- Şirkətin əsas vəsaitlərinə ümumi nəzarət, marketlərdə mövcud maddi vəsaitlərin hərəkətinə nəzarət.
- Təhvil-təslimin sahibkar və mağaza üzrə edilməsi.
- Sistem üzrə əsas vəsaitlərin amortizasiyası və balansına nəzarət
- Bölmənin işinin təşkili və nəzarəti
Əlavə təminatlar:
• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maddi vəsaitlər bölməsinin müdiri " yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.