FED.az xəbər evrir ki, “Premium Transport" MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Superfon" işçi axtarır - VAKANSİYA
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Bakı şəh., Şıx qəsəbəsi, Səlyan şossesi 12, Grand Park 2 yaşayış kompleksi ;
Əlaqə nömrəsi : +994 55 909 11 13
Elektron poçt ünvanı : [email protected]
Namizədə olan tələblər :
• Ali təhsil
• Müvafiq sahədə minimal 2 il iş təcrübəsi
• İstehsalat sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
Vəzifə öhdəlikləri :
• İşə qəbul, işdən azad edilmə, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin siğortalanması ilə bağlı siğorta işlərini rəsmiləşdirmək;
• Əmək kitabçalarını əmrlər əsasında doldurmaq və qorumaq;
• Cəmiyyətin işçilərinin şəxsi işlərini aparmaq və formalaşdırmaq;
• Cəmiyyətin işçilərinə cari və keçmiş əmək fəaliyyətləri barədə arayışlar vermək;
• Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İçilərin aylıq işə davamiyyət tabelini hazırlamaq və şöbə rəhbərinə təqdim etmək;
• Kadrlar üzrə statistik hesabatları tərtib edib şöbə rəhbərinə təqdim etmək (forma № 1, forma № 5);
• Ezamiyyət əmrlərini rəsmiləşdirmək və ezamiyyə vərəqələrini tərtib etmək.
İş şəraiti
• 5 günlük iş norması – gündəlik 7 saat, 09 :00 – 17:00
• Nəqliyyat və nahar ilə təmin olunma
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə