"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlərsiniz.
Veysəloğlu Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
Vacancy: İşə qəbul üzrə mütəxəssis (Recruiter)
Vəzifə öhdəlikləri:
• Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
• Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı;
• Gündəlik müsahibə cədvəlinin aparılması;
• Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
• Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;
• Müsahibə nəticələrinin database-nin aparılması;
• İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
• İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
• İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
• İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.
Şəxsi keyfiyyətlər:
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://jobs.talhunt.az/kontakt/324-elektron+ticar%c9%99t+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis
Vacancy: Elektron Ticarət üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
• Lead-generation məqsədli optimizasiyalar aparmaq;
• Mövcud saytın daimi UI/UX təkmilləşdirmələrini aparmaq;
• Admin paneldə lazımi işləri görmək;
• Analizlərin aparılması, hesabatların hazırlanması;
• Rəqəmsal Marketinq , Dizayn və texniki şöbə ilə daimi işləmək;
• Mobil istifadəçi davranışlarına hakim olmaq və lazımi yaxşılaşdırılmaların aparılması;
• Saytın və serverin təhlükəsizliyi üçün lazımi işlərin görülməsi;
• Sayt daxili kampaniyaların təşkili;
• Ana səhifə və kateqoriyalar daxilində merçendayzinq işlərinin görülməsi. Məhsulların tanıtımı və satış balansının qorunması;
• A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması;
• Qarşılaşılan situasiyanın ən effektiv həlli üçün lazımi yolların tapılması, alqoritmik baxış tərzi ilə qarşılaşılan problemləri düzgün prosedur halına gətirmək;
• Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət.
Tələblər:
• User experience (UX) bilikləri (UI bilikləri üstünlükdür);
• In-site Marketing mövzusunda təcrübə;
• Google Analytics, Search Console üzrə bilikləri;
• Alqoritmik düşüncə qabiliyyəti;
• Server və sayt təhlükəsizliyində texnoloji və məntiqi anlayışlara malik olmaq;
• HTML/CSS bilikləri (PHP bilikləri üstünlükdür);
• CMS-lər üzrə işləmə bacarığı;
• Rəqəmsal marketinq üzrə texniki biliklər. Axtarış sistemlərinin optimizasiyası, SEO məntiqi və texniki biliklərinə hakim olmaq;
• Mobile-first anlayışına hakim olmaq;
• Third-party tətbiq, proqram və xidmətlərin inteqrasiya prosesini dərk etmək;
• Merçendayzinq anlayışı;
• Analitik düşüncə, araşdırma qabiliyyəti;
• Layihələrin idarə edilməsində təcrübə;
• Rus və ya İngilis dili bilikləri;
• Uyğun vəzifə üzrə iş təcrübəsi – 2-3 il;
İş şəraiti:
• İş günləri: həftənin 5 günü 9:00 - 18:00;
• Ə/H bilik və bacarıqlara görə dəyişir.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://jobs.talhunt.az/kontakt/324-elektron+ticar%c9%99t+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis