Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..
Vəzifə: Maliyyə Nəzarəti və Hesabatvermə Şöbə müdiri
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-40
İşin Təsviri: Şirкətin aylıq, rüblük və illik mənfəət və zərər, balans hesabatı, nəğd pul dövriyyəsi və s. mаliyyə hеsаbаtının hazırlanması və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnılıb аnаliz edilməsi.
Vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat uçotunun həm də idarəetmə uçotu və İFRS standartlarına uyğunluğunun təmin edilməsinə dəstək və nəzarət olunması;
- Müəssisənin dövrü (günlük, aylıq,rüblük, illik) maliyyə hesabatlarının idarəetmə uçotuna uyğun hazırlanması;
- Maliyyə hesabatlarının maliyyə əmsalları və digər faktorlarla analiz olunaraq Maliyyə Departament müdirinə və müvafiq CEO-ya təqdimatı;
- Biznes fəaliyyətinə və seqmentlərə görə müxtəlif növ idarəetmə hesabatlarının hazırlanması , analitik və sintetik analizlərin aparılması, CEO və Maliyyə departament müdirinə təqdim olunması;
- Biznes fəaliyyətindəki istənilən növ strutur və ya fəaliyyət dəyişikliyinin proqnozunu hazırlayaraq, müqayisəli təqdimat;
- Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
- Dövriyyə kapitalının idarəolunmasına dəstək və nəzarət olunması;
- Daxili və Xarici Maliyyə qurumlarına müxtəlif növ hesabatların təqdim olunması;
- Maliyyə Nəzarəti və Hesabatvermə şöbəsinin əməkdaşlarının işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;
- Struktur bölmə rəhbərlərinin vəsaitlərinin büdcə çərçivəsində istifadə etməsinə nəzarət;
Tələblər:
- Komanda ilə işləmə və idarəetmə bacarığının olması;
- IFRS üzrə bilik və təcrübənin olması;
- Statistik və riyazi biliklər
- Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
- MS Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında biliklər;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyə Nəzarəti və Hesabatvermə Şöbə müdiri” yazmaqla CV göndərərək müraciət edilir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..
Vəzifə: Baş mühasib
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-40
İşin Təsviri: Şirkətin mühasibatlıqla bağlı bütün əməliyyatlarına nəzarət olunması və tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunmasını təmin etmək;
- Balans, pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Mühasibatlıqla bağlı gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılmasının təmin edilməsi;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanmasının təmin olunması;
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi və debitorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması;
Tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Komanda ilə işləmə və idarəetmə bacarığının olması;
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- IFRS üzrə biliklərin olması;
- Micro proqram biliyinin olması arzu olunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş mühasib” yazmaqla CV göndərərək müraciət edilir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..
Vəzifə: Texnoloq
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 3 il qida mühəndisliyi sahəsində iş təcrübəsi (Qənnadı məhsullarının istehsalı sahəsində)
Təhsil: Ali təhsil (Kimya və qida mühəndisliyi üzrə)
Yaş həddi: 22-40
İşin Təsviri: Məhsul resepturasına və keyfiyyət göstəricilərinə standartlarına uyğun olaraq qənnatı məhsullarının istehsalının həyata keçirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
- İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
- Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.
Tələblər:
- Komandada işləmə bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texnoloq” yazmaqla CV göndərərək müraciət edilir.