FED.az xəbər verir ki, "Kontakt Home" Online satışlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Xalq Bank" işçi axtarır - VAKANSİYA
Vəzifələr:
• Ərazi üzrə online satış məhsulların alıcılara təhvil verilməsi;
• Məhsulların təhvili zamanı alıcının analiz edilməsi;
• Alıcılar ilə sənədləşmə işlərinin aparılması;
• Şirkətin məhsulları üzrə alıcılara məlumatlar vermək;
• Rəhbrəliyin tapşırığı ilə vəzifədən irəli gələn digər işlərin icrası;
Tələblər:
• Ali təhsil (İqtisadiyyat sahəsi üzrə arzuolunandır);
• Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində iş təcrübəsi;
• Azərbaycan dilini səlis bilməli, rus dili biliyi arzuolunandır;
• Sürücülük vəsiqəsinin olması;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti, təhlil etmə bacarığı;
• Satış və təqdimat bacarığı;
• Komandada işləmək bacarığı;
• Vəzifə öhdəliklərini şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Online satışlar üzrə mütəxəssis” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.