FED.az xəbər verir ki, "Xalq Bank" Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri (Excel proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək)
İŞİN TƏSVİRİ:
- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə;
- Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları;
- Vəsaitlərin müştəri hesablarına mədaxili;
- Müxbir hesab qalıqlarının yoxlanılması;
- MT103, MT202, MT300, MT320, MT199 formatlı SWIFT məlumatlarının hazırlanması;
- Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
- Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.
Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 3