FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin İntensiv təqib şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
• Problemli borcalanlar və onların zaminləri ilə əlaqə saxlamaq
• Təhlim olunmuş portfelə gündəlik nəzarət etmək
• Problemli borcalanların kredit borclarını restrukturizasiya etmək
• Əməkdaşa təhkim olunmuş kredit portfeli üzrə borcların yığımını təmin etmək
• Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi
• Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək və s.
Tələblər
• Vətəndaş qüsursuzluğuna malik olma
• Təhsil: Ali
• Təcrübə: Mütləqdir
• Kompyuter biliyi: MS Office proqramlarında işləməyi bacarmalı
• Dil bilikləri: azərbaycan, rus (arzu olunan)
• Komandada işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " İntensiv təqib şöbəsinin kiçik mütəxəssisi " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.