İcbari Sığorta Bürosu
"McDonald’s Azerbaijan" işçi axtarır - VAKANSİYA
İcbari Sığorta Bürosu işçi axtarır - VAKANSİYA
"Tufandag Turizm Kompleksi" işçi axtarır - VAKANSİYA
"Mazarina Trade Company" işçi axtarır - MAAŞ 500 MANAT - VAKANSİYA
"Megabiz" işçi axtarır - VAKANSİYA
"Ram Solutions MMC işçi axtarır - VAKANSİYA
"Azərşəkər LLC" işçilər axtarır - VAKANSİYALAR
"Bank Respublika ASC" işçi axtarır - VAKANSİYA
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"OBA marketlər şəbəkəsi" işçilər axtarır - VAKANSİYALAR
Biznesin İnkişafı şöbəsinin rəisi
Son tarix 29 dek 2024 - [email protected]
İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
- Büronun səlahiyyətlərinə aid məsələlər üzrə keyfiyyətli və əhatəli, daxili və xarici statistik məlumatların toplanması, emalı, icmallaşdırılması, təhlil edilməsi, rəhbərliyə və aidiyyəti istifadəçilərə çatdırılmasını təmin etmək;
- İcbari sığorta üzrə Büronun istismarında olan avtomatlaşdırlmış sistemlərdə mövcud olan məlumatların toplanmasını, emalını, icmallaşdırılmasına nəzarəti həyata keçirtmək
- Toplanan və emal edilən məlumatlar üzrə məhsul və xidmətlərin (sığortaçılarda aktuari hesablamaları və anderraytinq aparılması üçün faydalı olan xidmətlər və s.) yaradılmasını təşkil etmək
- Toplanan və emal edilən məlumatlar üzrə yaradılan məhsul və xidmətlərinin satışına nəzarət etmək
- Müştəri təcrübəsi baxımından bazarın/məhsulların təhlili;
- Hədəf auditoriyasının ehtiyaclarının və müştəri təcrübəsinin təhlili, müştərilər üçün dəyərli məhsulun yaradılmasında iştirak etmək;
- Sığorta sektoru üzrə qəbul edilmiş qanunvericilik və normativ hüquqi aktların yenilənməsi prosesində iştirak etmək
- Tərtibatçılar üçün texniki şərtlərin, habelə texniki və funksional tələblərin formalaşdırılmasını təmin etmək;
- Yerli və xarici maraqlı tərəflərlə görüşlərdə İSB-ni təmsil etmək;
- Şöbə tərəfindən idarə edilən layihələrin vaxtında və keyfiyyətli şəkildə təqdim edilməsini təmin etmək;
Tələb olunan səriştələr:
- Ali iqtisadi və ya hüquq təhsili;
- Ən azı 3 il rəhbər vəzifədə təcrübə (sığorta sahəsində təcrübəyə üstünlük verilir);
- Analitik təhlil bacarığı;
- Böyük məlumatların emalı proqramlarında ən azı birini bilmək (Postgresql, SQL, My SQL və s);
- Layihələrin İdarəedilməsi sahəsində təcrübəyə malik olmaq
- Azərbaycan və ingilis dillərində səlist danışıq və yazı qabiliyyəti, rus dilində bilik arzuolunandır.
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.