Vakansiyalar

"Express Bank" işçi axtarır - VAKANSİYA

"Express Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:57 28 Fev 2020

FED.az xəbər evrir ki, "Express Bank" Maliyyə departamenti / Büdcə və təhlil şöbəsi / Şöbə müdiri vəzifəsi üzçün vakansiya elan edir.

Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Vəzifə öhdəlikləri:

• Strateji Planlaşdırma Qrupu üçün strateji planlaşdırma prosesinin dəstəklənməsinə dair məlumatları təqdim edir;
• Bankın büdcəsinin hazırlanmasını təmin edir;
• Bütün bank, o cümlədən biznes vahidlərinin gəlirliliyinin qiymətləndirilməsi və xərclərə nəzarət edilməsi üçün məlumatları əldə edir;
• Bankın müvafiq struktur bölmələri tərəfindən hazırlanmış yeni bank məhsullarının gəlirliyini hesablayır və təhlil edir;
• Səlahiyyətli şəxslər üçün maliyyə və fəaliyyət nəticələrinin qiymətləndirilməsi barədə hesabat və təqdimatlar hazırlayır;
• Təsdiq olunmuş illik büdcənin icrasına nəzarəti həyata keçirir və bu barədə İdarə Heyətinə mütəmadi hesabat verir;
• Müəyyən xərc maddələri üzrə illik və ya aylıq təyin olunan limitlərə riayət olunmasına nəzarət edir;
• Xərclər üzərində nəzarəti gündəlik əsasda həyata keçirir, qənaət təkliflərini verir, ödənilmək üçün nəzərdə tutulan sənəd paketini yoxlayır və imzalayır,;
• Bank tərəfindən aparılan əməliyyatların, gəlir və xərclərinin uçotunun müəyyən olunmuş qaydalara və mühasibat uçotu standartlarına uyğun aparılmasına nəzarət edir;
• Bankın mükafatlandırma siyasəti və müvafiq qaydalara əsasən mükafatların yoxlanılmasını təmin edir;

Tələblər:

• Ali iqtisadi və ya maliyyə təhsili;
• Mükəmməl mühasibatlıq biliyi;
• Bank sektorunda 3 il iş təcrübəsi;
• AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
• Mükəmməl Microsoft Office (Excell-yüksək səviyyədə) proqramların biliyi;
• SQL bilikləri arzuolunandır;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri yaxşı səviyyədə .

E - mail : [email protected]

Digər xəbərlər

Banner