FED.AZ xəbər verir ki, Beynəlxalq Bank Pərakəndə CRM departamentinin Telemarketinq şöbəsinə Qrup rəhbəri vakansiyasını açıq elan edir.
Eləcə də bax: "Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
- Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
- Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmiləşdirilməsi;
- Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
- İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
- Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak;
- Bankın başqa departamentləri ilə müntəzəm şəkildə əlaqənin saxlanılması.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Adekvat əmək haqqı və bonus sistemi;
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi;
- Davamlı karyera inkişafı.
Bizim üçün ideal namizəd:
- Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan;
- Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan;
- Münaqişələrə kreativ həll yolu tapan;
- Analitik bacarığı olan;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
- Güclü kommunikativ qabiliyyətə sahib olan;
- Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir.
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 15.03.2020-ci il tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq qrup rəhbəri")
Əlavə məlumat üçün: www.ibar.az