FED.az xəbər verir ki, "eManat" Ödəmə sistemləri inzibatçısı vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri
1. Elektron pulqabı/ödəmə sisteminin idarə olunması;
1.1. Sistem user-lərin idarə olunması.
1.2. Sistemdə sazlanmaların icra olunması.
1.3. Xidmətlərin sistemə əlavə olunması.
1.4. Komissiyaların idarə olunması.
1.5. Tranzaksiyaların analizi və icrasına nəzarət.
2. Sistem istifadəçilərinin fəaliyyətinə dəstək;
3. Proseslərin analiz edilməsi və həll yollarının tapılması;
3.1. Əməliyyat loqlarının analizi.
3.2. Verilənlər bazasında əməliyyatların icrasının və statusunun yoxlanması.
3.3. İnteqrasiya olmuş sistemlərdə (MPS Ödəmə sistemi, Millikart PM, SMS GW və s.) proseslərin analizi.
4. Verilənlər bazasında (PG SQL) müxtəlif sorğuların aparılması;
5. Sistemdə yaranan problemlərin həlli və qarşısının alınması;
6. Dəstəkçi şirkət (SDK) ilə baş verən problemlərin müzakirəsi və həll yollarının tapılması;
7. Sistemdə aparılan test proseslərinə dəstək.
Tələblər:
1. Ali təhsil;
2. Riyazi və alqoritmik məntiqi düşüncə qabiliyyəti;
3. Müvafiq sahədə ən az 2 il iş təcrübəsi;
4. RDBMS SQL bilikləri;
5. Komanda şəklində işləmə bacarığı;
6. Xarici dil səviyyəsi: İngilis – intermediate, rus – yaxşı;
7. Proqramlaşdırma sahəsində ümumi anlayış.
İş şəraiti:
• Ofis daxili;
• Əmək haqqı 1500 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində "Ödəmə sistemləri inzibatçısı” yazılmalıdır.