Vakansiyalar

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA | FED.az
19:53 14 Sen 2020

FED.az xəbər verir ki, "Azərsun Holdinq" Keyfiyyət və Prosesə nəzarət İnspektoru vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: “PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA

Namizədə aid tələblər:

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsil;

a) mexanika mühəndisliyi
b) kimya mühəndisliyi
c) qida mühəndisliyi
d) maşın mühəndisliyi
e) sənaye mühəndisliyi
f) proseslerin avtomatlaşdırılması mühəndisliyi
g) texnoloji maşın və avadanlıqlar mühəndisliyi

- MS Office proqramlarını bilməli;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Araşdırma və analiz etmə bacarığı olmalıdır.

İş haqqında məlumat:

- Keyfiyyət standartlarına uyğun nümunələri almalı;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemi həll etməli;
- İstehsalat prosesinə nəzarəti həyata keçirməli;
- İstehsalat hesabatlarını hazırlamalıdır.

İş şəraiti haqqında məlumat:

İş yerləri: İmişli, Biləsuvar, Kürdəmir və ya Xaçmaz
İş qrafiki: Növbəli
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində “İnspektor(Bölgə)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Digər xəbərlər