"Azercell" işçi axtarır - VAKANSİYA
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçilər axtarır - MAAŞ 900-1200-1300-1700 MANAT - VAKANSİYALAR
"Super Toys" işçilər axtarır - MAAŞ 400-1000-1200-2000-2500 MANAT - VAKANSİYALAR
"YapiKredi Bank" işçi axtarır - VAKANSİYA
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-3500 MANAT - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Air Transfer" işçi axtarır - MAAŞ 650 MANAT - VAKANSİYA
"AzerGold" CJSC işçi axtarır - VAKANSİYA
Dövlət qurumu
HR Assistent
Son tarix 25 sen 2023 - [email protected]
Vəzifə və öhdəliklər:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
- Aylıq hesabatların hazırlanması;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- 24-32 yaş;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2000 AZN.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “HR Assistent” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Tərcüməçi
Son tarix 25 sen 2023 [email protected]
Tərcümə komandamıza peşəkar tərcümə keyfiyyəti olan gənclər tələb edilir.
İngilis dili və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi vacibdir. Həmçinin əlavə dil bilikləri olan şəxslər (Alman, Fransız, Çin, Yapon, Gürcü, Fars və s.) vakansiya üzrə müraciət edə bilər.
Vəzifə və öhdəliklər:
- Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək,
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Azərbaycan dilindən ingilis dilinə və əks istiqamətdə tərcümələrin yerinə yetirilməsi;
- Beynəlxalq əlaqələrin qurulması; (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)
- Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
- Tərcümə edilmiş materialların redaktəsi;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil;
- Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
- İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi (minimum IELTS 6.5);
- Rus dili üzrə bilikləri arzuolunandır;
- Əlavə dil biliklərinə həmçinin üstünlük verilir. (Alman, Fransız və s.) ;
- Detallara diqqətli olmaq;
- 21-31 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Əla kommunikativ və analitik bacarıqlar;
- Stressə davamlılıq ;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tərcüməçi” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Vakansiya üçün vakant yeri: 3
Əmək haqqı: 2000 AZN.
Mətbuat katibi
Son tarix 25 sen 2023 [email protected]
İş barədə məlumat:
- Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla dövlət qurumunun fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
- Qurumun planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
- Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
- İnformasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
- Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press relizlərin və digər sənədlərin hazırlanması;
- Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idərə edilməsi;
- Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
- Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
- Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi;
- Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
- Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması
Namizədə tələblər:
- Jurnalistika va ya uyğun sahədə minimum 3-5 il iş təcrübəsi;
- Yerli medianı yaxından tanımaq;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
- MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
- Yüksək Azərbaycan dili, Rus dili və İngilis dili bacarıqları.
- Hərbi mükəlləfiyyət. (Bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir! )
- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir
Əmək haqqı: 3500 AZN
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mətbuat katibi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.