Beynəlxalq əlaqələr üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 22 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-800-1200-1500 manat - 33 VAKANSİYA
-
Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin, habelə onlardan irəli gələn öhdəliklərin Müəssisənin fəaliyyət istiqamətləri üzrə ekspertizasının həyata keçirilməsində iştirak etmək;
-
Müəssisənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri həll etmək;
-
Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;
-
Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;
-
Müəssisənin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində şöbə müdirinə təkliflər təqdim etmək;
-
Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;
-
Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək;
Tələblər:
-
Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, regionşünaslıq ixtisasları üzrə ali təhsil
-
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
-
Mükəmməl səviyyədə Azərbaycan və rus dili biliyi, yaxşı səviyyədə ingilis dili biliyi
-
Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı
-
İşgüzar yazışmaların aparılması bacarığı
-
Analitik düşünmə bacarığı
-
Problem həlletmə bacarığı
-
Planlama və zamanın idarəolunması
-
Situativ qərarvermə
Digər:
-
Əmək haqqı: 1400 – 1700 AZN
-
İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
-
İstirahət günləri: Şənbə və bazar günləri
Vakansiya üzrə müraciətin son tarixi: 21.05.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə e-poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr üzrə mütəxəssis) qeyd edin.