«Changan» brendi özünün yeni aşağıbüdcəli krossoverini - «Changan X5 PLUS Whale Joy Edition»u təqdim edib.
«Bolt»dan qəza ilə bağlı açıqlama: «Şirkət pozuntuya yol verib, sertifikatsız sürücünü və qeydiyyatsız avtomobili xəttə buraxıb»
FED.az xəbər verir ki, 187 at gücü olan yeni avtomobil bütün endirimlərlə birlikdə Çin bazarında 6500 dollara satışa çıxarılıb.
Maşının fərqli cəhətlərinə avtomat sürət qutusu, 3 ekran və avroparkinq aiddir. Avtomobilin ilkin qiyməti 90 min yuan və ya 12500 dollardır. Amma satışların əvvəlində böyük endirimlər tətbiqi nəticəsində qiymətlər 47 min yuana və ya 6500 dollara enib.
Maşının ölçüləri: 4540 x 1860 x 1620 mm, təkər bazası — 2715 mm-dir.
Krossover 1,5-litrlik turbomühərriklə təmin edilib, mühərrik gücü 187 at gücü, sürət qutusu isə 7 pilləlidir.
«Changan X5 PLUS Whale Joy Edition» ilk 100 kilometr/saat sürətini 7,51 saniyəyə yığır.
Bundan başqa, yeni avtomobil FaceID 3.0 sistemi ilə təmin edilib. Nəticədə maşını üz tanıma vasitəsilə də işə salmaq mümkündür.
Krossoverin daha bir maraqlı funksiyası avtoparkinq edilmə imkanıdır – bunun üçün tətbiq edilmiş EaglePilot sistemi 12 ultrasəs radarları və yüksək keyfiyyətli 6 kameraya əsaslanır. Nəticədə maşını təkcə maşının içərisindən və ya kənardan deyil, smartfon vasitəsilə də park etmək olar.