FED.az xəbər verir ki, “Bank Respublika” ASC Bank sisteminin idarə edilməsi vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Ümumi vəzifə öhdəlikləri:
• Bank sisteminin idarə edilməsi;
• Bank sistemi üzrə sorğuların təhlili, optimallaşdırılması və icrası üçün təkliflərin verilməsi;
• Bank sisteminin funksional sazlanması;
• Bank sistemi üzrə yeni funksionallıqların tətbiqi və icra işləri, yeniliklərin testində iştirak və koordinasiya;
• Xarici və daxili işçi qrupları ilə effektiv və konstruktiv əməkdaşlığın qurulması.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Bank muhasibatlığı, Azərbaycan Respublikasının bank sistemi üçün olan hesablar planı üzrə biliklər arzuolunandır;
• Bank sisteminin idarə edilməsi və biznes proseslərin təhlili üzrə iş təcrübəsi arzuolunandır;
• Texniki düşüncə;
• Yüksək məsuliyyət;
• SQL proqram dilinin əsasları üzrə biliklər arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri arzuolunandır;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 sentyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank sisteminin idarə edilməsi üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.