FED.az xəbər verir ki, "Bakcell" Əsas müştəri qrupları ilə iş üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “AzerGold” işçi axtarır - VAKANSİYA
Vakansiya haqqında
İdarə : Satış
Şöbə : B2B Satış və Məhsul Marketinqi
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 25.09.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
*Bakcell şirkətinin korporativ seqmentdə bazar payının artırılmasını təmin etmək
*Mövcud əsas müştəri qruplarını qoruyub saxlamaq və şirkətlərə əlavə xidmətlər təklif etməklə gəlirləri artırmaq
*Şirkətin təqdim etdiyi məhsul və xidmətləri əsas müştəri qruplarına çatdırmaq və onların istifadəsini təmin etmək
*Müvafiq hesabatlar hazırlamaq
*Təyin olunmuş satış planına əsasən hədəfləri yerinə yetirmək
*Əsas müştəri qruplarının sorğularını vaxtında cavablandırmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*Ali təhsil
*Korporativ Satış və ya Müştəri Xidmətləri sahəsində 2-3 il iş təcrübəsi (Bank və ya Sığorta sahəsində müvafiq təcrübə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Ünsiyyət qurma bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Komanda işi və əməkdaşlıq
*MS Office Proqramlarını bilmək
*Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
*‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Əsas Müştəri Qrupları ilə iş üzrə Menecer’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.