FED.az xəbər verir ki, “AzerGold” QSC İctimaiyyətlə əlaqələr şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "AFB Bank" işçi axtarır - VAKANSİYA
Əsas vəzifə və öhdəliklər:
• Layihələrinin icrası və idarəedilməsi;
• Rəqəmsal marketinq fəaliyyətinin təşkili;
• Marketinq planlarının tərtib edilməsində iştirak;
• Müxtəlif tədbirlərin təşkili;
• PR məqsədli effektiv reklam materiallarının hazırlanması və tətbiq olunması;
• Sosial media platformalarına nəzarət;
• PR planların tərtib edilməsi və icrası;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, yaradıcılıq qabiliyyəti, şəxsi və peşəkar inkişaf, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
• Marketinq sahəsində baza bilikləri olmalı;
• Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, Rus və İngilis dilləri arzuolunandır.
• Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil.
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.