FED.az xəbər verir ki, "Azərsun Holdinq" Baş Mühasib vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA
Namizədə aid tələblər:
• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
• Beynəlxalq maliyyə standartlarını bilməli;
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.
İş haqqında məlumat:
• Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şəraiti haqqında məlumat:
İş yeri: Dreamland/ Xəyal adası.
İş saatları: 6 günlük iş qrafiki.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş Mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.