FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin modelləşdirilməsi şöbəsində Mütəxəssis və Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: “Bank Respublika” işçi axtarır - VAKANSİYA
Öhdəliklər:
• Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
• Modellər üçün məlumatların əldə olunması və emal olunması;
• Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
• Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
• Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
• Modellər üzrə hesabatların hazırlanması;
Tələblər:
• Ali təhsil (Bakalavr);
• İqtisadi və ya kompüter elmləri sahəsi üzrə ixtisas;
• Statistik proqramlaşma dillərində (Python, R, SAS) işləmə qabiliyyəti;
• Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların əldə olunması (data mining) ilə bağlı anlayışın olması;
• İri həcmli məlumat bazası ilə işləmək bacarığı (SQL, NoSQL, Hadoop);
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.