FED.az xəbər verir ki, "Azərsun Holdinq" Marketinq Mütəxəssisi (Kənd Təsərrüfatı) vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Namizədə aid tələblər:
• Marketinq və ya Kənd Təsərrüfatının Təşkili və İdarəedilməsi sahələrində ali təhsilli olmalı;
• Müvafiq sahədə ən azı 2 il təcrübəsi olmalı;
• MS Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı;
• Dil biliklərinin olması üstünlükdür;
• Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.
İş haqqında məlumat:
• Məhsulun qablaşdırılması,reklamının məhsul-marka bütünlüyünə uyğun olmasını təmin etmək;
• Mövcud məhsulların yenilənməsi ilə bağlı marketinq çalışmalarını etmək;
• Məhsul-markanın hüquqi prosedurları üzrə uyğun marketinq fəaliyyətini həyata keçirmək;
• Məhsulların illik büdcəsini və planlamadan gələn satış tablolarını analiz etmək;
• Məhsul Qrupunun mallarını araşdırmaq, xaricdə təmsil etmək və təqdim etmək;
• Rəqib bazarı incələmək və onlara uyğun yeni məhsulları inkişaf etdirmək;
• Respublika üzrə heyvandarlıq ve quşçuluq təsərrüfatları haqqında məlumatlı olmaq;
• Təsərrüfat rəhbərləri ilə marketinq sahəsində iş aparmaq;
• Müvafiq hesabatları üst rəhbərliyə təqdim etmək və statistikalar aparmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində “Marketinq Mütəxəssisi” qeyd edərək göndərə bilərlər.