FED.az xəbər verir ki, "Azersun Holdinq" Müqavilə və satış sonrası xidmət mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Maliyyə, mühasibatlıq sahəsində biliyi olmalı;
- Daşınmaz əmlak satışı haqqında rəsmi qanunları bilməli;
- Kargüzarlıq qaydaları barədə məlumatlı olmalı;
- Təmsil etmək bacarığı olmalı;
- Ünsiyyət qabiliyyəti yaxşı olmalıdır.
İş haqqında məlumat:
- Mövcud müştərilərlə peşəkar əlaqələr qurmaq, müştərilərin bağlılıq və məmnuniyyətini artırmağa yönəlik tədbirlər görmək;
- Müəyyən edilmiş hədəflər daxilində satış miqdarını gerçəkləşdirmək;
- Aktiv, daimi və davamlı müştəri ziyarətləri edərək, müştərilərlə əlaqələri yüksək səviyyədə davam etdirmək və yeni müştərilər qazandırmaq;
- Satış prosesi ilə bağlı bütün sənədləşdirmələrin həyata keçirilməsi;
- Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyaları araşdırmaq;
- Problemli müştəri haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Müqavilə və satış sonrası xidmət mütəxəssisi)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.