FED.az xəbər verir ki, “AzəriMed“ MMC Kadrlar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Antaris" işçi axtarır - VAKANSİYA
Tələblər :
- Ali təhsil;
- Yaş həddi : 25-40
- İş təcrübəsi: minimum 3 il
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
- Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
- MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları: (işə qəbul, xitam, vəzifə dəyişiklikləri, analıq məzuniyyəti, müavinətlər, xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
- Stresədavamlı, tələbkar, məsuliyyətli, ixtisasını daim təkmilləşdirməli;
- Problemləri təhlil və həll etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi,işçi qovluğunu hazırlamaq, əmək müqavilələrinin hazırlanması, işçilərin ezamiyyə və məzuniyyətlərinin işlənməsi;
- Şirkətlərin kadr işləri üzrə sənədləşmə prosesslərini idarə etmək;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
Əmək şəraiti :
- İş saatları: 1-5 günlər saat 09:00-18:00, ayın bir şənbə günü: 09:00-14:00
- İş yeri : Bakı şəhəri, Nərimanov ray, Əhməd Rəcəbli küç (Şəki restoranının yaxınlığı)
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və təcrüblərinə əsasən təyin ediləcək
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 055 455 84 04