FED.az xəbər verir ki, "Antaris" MMC Kateqoriya Meneceri vəzifəsinə vakansiya elan edir.
Antaris barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://antaris.az/ və ya https://www.facebook.com/AntarisAzerbaijan/
VƏZIFƏ ÖHDƏLIKLƏRI:
• Şirkətin satış planın formalaşdırılmasında iştirak etmək
• Öz illik satış planını hazırlamaq, KDM və şirkətin Direktoru tərəfindən təsdiqlənməsini təmin etmək
• Bazar və müştəri barəsində araşdırma və analizlər etmək
• Müştəriyə uyğun yanaşma tərzlərini müəyyən edərək, müştəri axtarışında iştirak etmək
• Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək
• Alınmış malların satışının artırılması üçün reklam fəaliyyətlərini icra etmək, virtual materialların dizayner vasitəsilə hazırlanaraq müştəri kütləsinə elan edilməsini təmin etmək.
• Məhsul ehtiyatının (stok) planlanmasını aşağıdakı formada icra etmək:
• İl ərzində satılmış malların siyahısını 1C proqramından çıxarmaq və analiz etmək
• ən çox satılan malların siyahısını hazırlamaq
• Tələb olunan malların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək
• Tədarükçülərlə, satınalmanın işirakı olmaq şərtilə, məhsulun xüsusiyyətləri barəsində razılaşma etmək
• Təchizatçı şirkət siyahsının və stokun, iclas keçirilərək təsdiq edilməsini təmin etmək
NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
• Bazar araşdırması və analizi texnikaları
• Satış texnikaları baradə biliklər
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək
• Texnolojik məlumatlılıq
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması)
Emosional bacarıqlar və vərdişlər:
• Detallara diqqətli olma
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq
İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:
• Əmək haqqı razılaşma ilə təyin ediləcək
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12 )
• İş günlərinin sayı 5 gün, şənbə günü gərəkli hallarda sistemə uzaqdan qoşulma
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq
Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]