Bu şirkətlər işçilər axtarır - MAAŞ 500-600-750-800-970-1100- MANAT - 15 VAKANSİYA
Azərbaycan Dəmir Yolları
İnkassator
Son tarix 12 fev 2024 - Müraciət et
İşin təsviri:
- Nağd pul təhvil-təslimi zamanı inkassasiya prosesini müşayiət edən sənədləşmənin düzgünlüyünün yoxlanılması;
- Gün ərzində xəzinə üzrə mədaxil, məxaric, əməliyyatların aparılması;
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata icazə verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesabatının aparılması;
- Kart satış köşklərinin pul vəsaiti və rulon kağızı ilə doldurulmasını, eyni zamanda şəhərətrafı elektrik qatarları kassirlərini pul vəsaiti və rulon kağızı ilə təmin etməsi;
- Şəhərətrafı bilet kassirlərində kart satışı köşklərində lazımi miqdarda kağız və xırda pul ehtiyatınının olmasını nəzərdə saxlayır;
- Bilet satışı köşklərindən pul vəsaitini və hesabatların çıxarılmasını vaxtaşırı olaraq təmin edir, aşkar olunmuş kənarlaşma qüsur və nasazlıqlar barədə aiddiyatı yerə məlumat verir;
- Gün ərzində satış məntəqələrindən yığılan pul vəsaitlərinin təhvil alınması;
- Müfaviq işlərlə bağlı sənədlərin təhvil-təslimi.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Etibaryataratma;
- İntizamlılıq;
- Diqqətlilik.
İş vaxtının norması: Növbəli
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 11.02.2024 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.