Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə) və yarımfabrikatların istehsalı xidməti istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 28 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir.
"Kontakt Home" mağaza direktoru axtarır - TƏLƏBLƏR
"Star Mining LLC" işçi axtarır - VAKANSİYA
Neft şirkəti işçi axtarır - VAKANSİYA
"Intertek" işçi axtarır - VAKANSİYA
Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.
“ARSENAL GROUP” namizədləri “Maliyyə Direktoru” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Vəzifə və öhdəliklər:
• Həvalə edilmiş departamentin (baş mühasib,mühasib,xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması.Mühasibat,hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik
• 1.C (8.3 UPP) proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik
• Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
• Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
• Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
• Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
• Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
• Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
• Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
• Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
• Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
• Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
• Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması
• Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
• Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi
• Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
• Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət
• Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
• Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr
Namizədə tələblər:
• Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
• Maliyyə nəzarətin prinsiplərini bilməli
• Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
• Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli;
• Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklər;
• Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklər;
• Müvafiq sahədə (baş mühasib və maliyyə direktoru) ən azı 5 il iş təcrübəsi;
• Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
• Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
• ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilmək,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə minimum 3 il iş təcrübəsi;
• 30-45 yaş həddi;
• Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə);
• Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi);
• Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C;
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-VI günlər,saat 9:00 – 18:00;
• Ofis Gənclik-Nərimanov ərazisində yerləşir;
• Əmək haqqı - 2500 AZN + KPİ (sistem qurulduqdan sonra)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Maliyyə Direktoru" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.