FED.az xəbər verir ki, "AGA Group" Mühasib vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA
Əmək haqqı: 1000 -1300 AZN
Tələblər:
Yaş həddi: 25-40
Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
Ali təhsil
1C (8.3) proqramında işləmək bacarığı
Vəzifələr:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Vergi və mühasibat uçotunun aparılması;
Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların
yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Debitor və kreditor hesablaşmaların aparılması;
Əmək haqqı, məzuniyyətlərin hesablanması;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Mal-materialların uçotunun aparılması;
İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
AR əmək məcəlləsinə əsasən sənədləşmə
İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00
Korporativ dəstək paketi
Karyerada inkişaf imkanları
Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.