FED.az xəbər verir ki, "PAŞA Bank" Rəqəmsal marketinq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Nar" işçi axtarır - VAKANSİYA
Vəzifə haqqında
Marketinq kommunikasiyaları menecerinin rəhbərliyi altında işləyən Rəqəmsal marketinq üzrə baş mütəxəssis bütün rəqəmsal kanallardakı rəqəmsal marketinq kampaniyaları hazırlayacaq, izləyəcək və optimallaşdıracaq. Rəqəmsal marketinq üzrə baş mütəxəssis mövcud marketinq alətləri və strategiyalarını anlamalı və vahid rəqəmsal marketinq kampaniyaları konsepsiyanın yaradılmasından icrasına qədər apara bilməlidir. Rəqəmsal marketinq üzrə baş mütəxəssis marketinq kampaniyasına vaxtında və müvafiq büdcə ilə başlamaq üçün marketinq heyəti, daxili müştərilər (məsələn, məhsulların hazırlanması üzrə menecerlər, satış heyəti) və marketinq xidmətləri təqdim edən şirkətdən kənar təchizatçılar ilə işləyəcək.
Vəzifə öhdəlikləri
• Veb, SEO / SEM, e-mail, sosial media, ödənişli social media/yenidən hədəfləmə (retargeting) və GDN reklamları da daxil olmaqla rəqəmsal marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək
• Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI)
• Bütün rəqəmsal kanallarda, social mediada fəaliyyəti həyata keçirmək
• Əsas onlayn axtarış sistemlərində maksimum ilkin sıralanma üçün saytdakı məzmunu optimallaşdırmaq
• Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək
• Trendləri və tələbləri müəyyənləşdirmək və bunlara əsaslanaraq xərcləri və fəaliyyəti optimallaşdırmaq
• Fərziyyələri və dönüşüm testlərini (conversion tests) planlaşdırmaq, icra etmək və onları ölçmək
• Məhsul/xidmət səhifələrinin (landing pages) yaradılması və istifadəçi təcrübəsinin optimallaşdırması üçün şirkətdaxili digər qruplarla əməkdaşlıq etmək
• Müxtəlif kommunik
Tələblərə cavab verən namizədlərdən öz CVlərini [email protected] email ünvanına məktubun başlıq hissəsində “Rəqəmsal marketinq üzrə baş mütəxəssis” qeyd edərək göndərmələri rica olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.