FED.az xəbər verir ki, "AFB Bank" Risklərin idarə edilməsi Strukturuna İqtisadçı/Risk analitik vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Rabitəbank" işçi axtarır - VAKANSİYA
Vəzifə: İqtisadçı/Risk analitik
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (maliyyə/iqtisadi/riyazi).
• Güclü analitik təhlil bacarığı;
• Makro iqtisadiyyat, Pul-kredit siyasəti alətləri haqqında biliklər;
• Faiz, Valyuta və Likvidlik risklərinin tənzimlənməsi metodları barədə bilik və bacarıq;
• Kredit analiz modulları barədə məlumatlı olmaq;
• Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;
• Ekonometrik modellərin işlənilməsi haqda biliklər;
• Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarığı;
• Yüksək səviyyədə Microsoft Office proqramı, Excel Macro applications biliyi.
• SQL bilikləri
İŞİN TƏSVİRİ:
• Maktoiqtisadi təhlil, iqtisadi trendlərin monitorinqi, statistik üsullardan istifadə edərək makroiqtisadi göstəricilər üzrə proqnozların hazırlanması, bu göstəricilərin dəyişməsi nəticəsində yarana biləcək risklərin təhlili;
• Maliyyə bazarlarına əhəmiyyətli təsir edən hadisələr və faktlar üzrə stress-testlərin və ssenari təhlillərinin həyata keçirilməsi;
• Maliyyə və əməliyyat risklərinin ölçülməsi və qiymətləndirilməsi, Risklərə qarşı hedging alətlərinin tətbiqi;
• VAR, Likvidlik qəpi, duration hesablamaları;
• Kredit analiz modullarının ( Structural and Reduced form models) hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə iqtisadçı/risk analitik” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.