FED.az xəbər verir ki, "AccessBank" Verilənlər Bazasının İnzibatçısı (DBA) vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "AGA Group" işçi axtarır - VAKANSİYA
Tələblər
• İnformasiya texnologiyaları, riyaziyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil
• Microsoft SQL Server DBMS inzibatçılığı üzrə təcrübə (2012-2017): Ehtiyat surətçıxarma və bərpa; Məlumat bazasının təhlükəsizliyi, SQL agenti, texniki xidmət planı, SSRS, o cümlədən nasazlıqdan sonra bərpa (SQL serverinin nasazlıqdan sonra bərpa klasterinin yaranması, AlwaysON əlverişlilik qrupları)
• Məlumatlar bazasının inzibatçılığı səviyyəsində Windows Server 2008 R2 - 2016 (xüsusən, 2012 R2) ilə iş təcrübəsi və memarlıq sahəsində biliklər, SQL serverinin nasazlıqdan sonra bərpa klasterinin (2012 R2 / 2016) necə işlədiyini bilmək
• Sənədləri oxumaq səviyyəsində texniki ingilis dili biliyi (mükəmməl dil biliyinə üstünlük verilir)
• Sərbəst rus dili biliyi.
Arzu olunan
• Oracle DBMS (12s), RMAN, Oracle Dataguard, Cloud Control 13c üzrə təcrübə
• Məlumatlar bazasının inzibatçılığı səviyyəsində Oracle Linux / Centos / RedHat 6.7 üzrə iş təcrübəsi
• MongoDB inzibatçılığı təcrübəsi.
Maraqlanan şəxslər aşağıdaki link-dən istifadə edərək öz CV formalarını göndərə bilərlər.
https://www.accessbank.az/az/our-bank/vacancies/