FED.az xəbər verir ki, "AGA Group" Baş mühasib vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Agrico" işçi axtarır - VAKANSİYA
Vəzifələr:
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Gəlir və xərclərin hesablanması;
- Banklarla və digər orqanlarla hesablaşmalar;
- Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
- Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
- Vergi hesabatlarının hazırlanması;
- Maliyyə hesabatlarının hazırlanması;
- Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
- Statistika hesabatlarının hazırlanması.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment və ya mühasibatlıq ixtisası üzrə);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür.
- 1C (8.3) proqramında işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
Tələblərə uyğun namizədlər [email protected] ünvanına daxil olaraq müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.