Azərbaycan hökuməti Xəzər dənizində süni torpaq sahələri yaratmaqla ölkəyə investor cəlb etmək istəyir.
Xəzərdə süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqı ödəniləcək
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Aritektura Komitəsi aparatının Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.
"Bu torpaqlar Xəzərin həm Şimal, həm də Cənub sahillərində yaradılacaq, Bakının Baş Planında nəzərə alınmayıb", - deyə o qeyd edib. (Report)