Bakıda torpağın 1 sotu yarım milyon manata satılan ərazilər var.
Torpaq sahələri ilə bağlı necə şikayət edə bilərik?
FED.az xəbər verir ki, ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.
Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin Abşeron ərazisində kifayət qədər ucuz qiymətə satışa çıxarılan ərazilər də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri 2 min manatdan başlayır, 20 min manata qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında tapmaq mümkündür.
Qeyd edilir ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə ildən-ilə qiymətlər yüksəlir. (Xezerxeber.az)