Azərbaycanda torpaq sahələrinin ilkin qeydiyyatında böyük artım baş verib.
Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi qaydası - TƏSDİQLƏNİB
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatından aydın olur.
Məlumata görə, dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır.
Belə ki, təkcə bu ilin ilk 10 ayında ölkədə 34 469 ədəd torpaq sahəsinə ilk dəfə çıxarış verilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıqdır.