Dövlət Gömrük Komitəsi tərəfindən Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikinti və quraşdırma, ərazidə asfalt-beton örtüyü və abadlıq işlərinin satın alınması həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi "Bilgə Qrup" QSC olub. Müqavilənin dəyəri 10 099 352 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə baş tutub.
Qeyd edək ki, "Bilgə Qrup" QSC bundan əvvəl (21.06.2025) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi PHŞ tərəfindən Model müəssisənin saxlanılması xərcləri üzrə "Bir mənbə" metodu ilə keçirilən satınalmanın da qalibi olub. Həmin müqavilənin dəyəri 625 144 manat təşkil edib.










